Ev Cəmiyyət

Tovuzda Polis günü qeyd olundu…

PAY
Tovuz Polis

Tovuz,Polis

2  iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar rayonda tədbir keçirilmişdir. Tədbirdən əvvəl Tovuz şəhərindəki Heydər Əliyev adına meydanda Ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.Tovuz Polis

Tədbir Tovuz Heydər Əliyev Mərkəzində davam etmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə polis işçilərimizin hər birini təbrik edir, şərəfli və məsuliyyətli işində onlara  uğurlar arzu edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Polisi Günü təsis edilmişdir. İndi bu günü Azərbaycan polisi xidmətdə qazandığı mühüm uğurlarla, ən əsası isə xalqının böyük etimadı ilə qeyd edir. Xalq  daxili işlər orqanlarını indi dövlətçiliyin etibarlı dayaqlarından biri kimi görür. Millət onu  öz təhlükəsiz həyatının əsas təminatçısı kimi qiymətləndirir.

Bu əlamətdar gündə bir daha vurğulamaq istəyirəm ki,  polisimiz fədakar xidməti, cinayətkarlığa qarşı səmərəli mübarizəni özündə layiqincə birləşdirir. Polis bu gün müstəqil dövlətimizin, xalqımızın, hər bir vətəndaşımızın asayişinin keşiyindədir.

Azərbaycan polisinin ayrılmaz və qabaqcıl hissəsi olan Tovuz rayon polis şöbəsinin əməkdaşları da Tovuz kimi strateji bir bölgədə vətəndaşların təhlükəsiz həyatının əsas təminatçısı kimi  çıxış edir. Tovuzda fəaliyyət göstərən polis işçilərimiz ictimai-siyasi sabitliyin təmin olunmasında digər müvafiq orqanlarla birlikdə səmərəli fəaliyyət göstərirlər. Tovuz rayon polis şöbəsinin əməkdaşları rayonda qanunazidd hərəkətlərin qarşısının alınmasında da ardıcıl iş aparırlar. Onların xidmətinin nəticəsidir ki, rayonda kriminogen  vəziyyət stabildir, əhali arasında hüquq maarifləndirmə və lazımi profilaktiki işlər aparılır.

Daha sonra Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov, rayon prokurorunun müavini Anar Cəfərov, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, sərhəd kəndləri əhalisi adından Maarif Həsənoğlu çıxış etmişlər.

Tədbirdə bildirildi ki, 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə rayon polis şöbəsinin və Tovuz regional mühafizə şöbəsinin bir qrup əməkdaşı xidmətdə fərqləndiklərinə görə rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.

Çıxışlardan sonra həmin mükafatlar onlara təqdim edildi.

Tədbiri yekunlaşdıran M. Məmmədov bir daha 2 iyul Azərbaycan Polisi Günü münasibətilə təbrik etmiş, xidməti işlərinin icrası zamanı onlara uğurlar arzulamışdır.

PAY