Ev Cəmiyyət

Tovuz Güləş Klubunun açılışı olub…

PAY

Tovuz İdman

Respublikamızda güləşin inkişafını daha da sürətləndirmək üçün kütləviliyə nail olmaq vacib amillərdən biridir. Bunun üçün yerlərdə müvafiq maddi-texniki bazanın, infrastrukturun qurulması, yeni güləş klublarının açılması, lazımi şəraiti olan idman zallarının istifadəyə verilməsi zəruridir. Bu məqsədlə bu gün daha bir idman ocağının — Tovuz Güləş Klubunun açılışı olub

.Tovuz İdman

AZƏRTAC xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində təntənəli açılış mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxsləri, klubun ərsəyə gəlməsində, maddi-texniki bazasının yaradılmasında və inventarla təmin olunmasında yaxından iştirak edən “Qazax Sement Zavodu” MMC-nin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib.

Fəxri qonaqlar arasında sərbəst güləş üzrə Olimpiya və dünya çempionları, nüfuzlu yarışların mükafatçıları da olub. Açılış mərasimində AGF-nin vitse-prezidenti Elçin Cəfərov və Tovuz Güləş Klubunun sponsoru olan “Qazax Sement Zavodu” MMC-nin nümayəndəsi Nizami Zeynalov çıxış edərək burada güləşlə məşğul olan yeniyetmə və gənc idmançıları Tovuzda güləş klubunun açılması münasibəti ilə təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd olunub ki, bu klubun fəaliyyətə başlaması Tovuzda güləşin inkişafına müstəsna xidmət göstərəcək və bu istiqamətdə ciddi təkan verəcəkdir.

Klubda yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya üçüncüsü olmuş Nicat Muradov məşqçi kimi fəaliyyət göstərir. Hazırda gənc mütəxəssisin rəhbərliyi altında 60-a yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

PAY