Ev Cəmiyyət

Tovuzda körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür

PAY

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarına əsasən 2021-ci il fevralın 15-dən uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Bununla əlaqədar Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, körpələr evi-uşaq bağçalarına buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə “COVID-19” xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alınması və digər  məsələlər onlara çatdırılıb.

Hazırda rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində  dezinfeksiya işləri aparılır. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, mətbəxləri, yataq, oyun və digər otaqları təmizlənib.

PAY