Ev Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb

PAY

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq rayon icra hakimiyyətinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Körpələr evi-uşaq bağçalarının fəaliyyəti xüsusi karantin rejimi qaydalarına riayət etməklə bərpa olunub. Belə ki, rayon ərazisində fəaliyyət göstərən 41 məktəbəqədər təhsil müəssəsində geniş təmizlik və dezinfeksiya işləri aparılıb. Tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə uyğun olaraq təşkil olunub.

Rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrində gündəlik monitorinqlər keçiriləcək və xüsusi karantin rejimi dövründə müvafiq qaydalara riayət edilməsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

PAY