Ev Cəmiyyət

Tovuz rayonunda “1 mart – Ümumdünya mülki müdafiə günü” qeyd edilib

PAY

Məlum olduğu kimi 18 dekabr 1990-cı ildə BMT-nin Baş Assambleyası IX sessiyasında qəbul olunmuş qətnamə ilə bu təşlikata üzv olan bütün ölkələrdə hər il 1 mart tarixi “Ümumdünya mülki müdafiə günü” kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuşdur.  Təşkilatın Nizamnaməsinə uyğun olaraq “Ümumdünya mülki müdafiə günü” hər il konkret bir mövzuya həsr olunur və müxtəlif tədbirlər keçirilir.

Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına əsasən bu il Tovuz rayonu ərazisində fəaliyyət göstərən fondlar, səhimdar cəmiyyətlər, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda “Ümumdünya Mülki müdafiə günü”nün “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbirlər keçirilmişdir.

Bu sırada A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində və 1 saylı Düz Qırıqlı kənd tam orta məktəbində keçirilən tədbirlər nümunəvi qaydada təşkil olunmuşdur. Mülki müdafiə tədbirləri xüsusi karantin rejimi qaydalarına riayət etməklə məhdud sayda müəllim və şagirdlərin iştirakı ilə keçirilmişdir.

Hər iki tədbirdə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzsunda çıxışlar dinlənilmiş, pedoqoji kollektivlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində vərdiş və biliklərlə bağlı maarifləndirici və təbliğat xarakterli əyani vasitələr nümayiş etidirlmişdir.

PAY