Ev Cəmiyyət

Tovuz: Novruz bayramını əsgərlər arasında

PAY

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Novruz bayramını əsgərlərlə birgə qeyd etmişdir. “N” saylı hərbi hissədə keçirilən tədbirdə iştirak edən rayon rəhbəri əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik etmiş və demişdir ki, Novruz bayramı ənənələrinin qorunub saxlanılması millimənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.

İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq ölkəmizdə Novruz ümumxalq və dövlət bayramı səviyyəsində qeyd edilir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət nəticəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınan bayrama çevrilmişdir.

Builki Novruz bayramı müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində keçir. Ötən ilin sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə xalqımızın mübarizliyi və yeniməzliyini, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq və ordu birliyini dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribatının qarşısının alınması zamanı da gördük. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi. Məmməd Məmmədov demişdir ki, bütün bunlara görə bizim hər birimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər Sərkərdə cənab İlham Əliyevə və qüdrətli Azərbaycan Ordusuna sonsuz minnətdarıq.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupuna rayon icra hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri verilmişdir.

https://xalqqazeti.com/az/news/73017

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

PAY