Ev Cəmiyyət

Günərin yaradıcılığı

PAY

Bu gün sizə Azərbaycan Dövlət Mükafatı Laureatı, həmçinin həyatının bütün dönəmlərində dövlət xadimi kimi dövlətinə, millətinə xidmət etmiş şair Məstan Əliyevin (Günərin) davamçısı sayılan nəvəsi GÜNƏRİN yaradıcılığından söz açacağıq. Bəzi xalq artistlərinin, əməkdar artistlərin ifa etdiyi mahnıların sözlərini qələmə alan gənc şairdir. (Aygün Kazımova — «Paramparça», «Brilliant Dadaşova — «Bilirəm», İlqar Muradov — «Hərdən» və sair) Böyük Qarabağ Zəfərindən sonra yaradıclıq sahəsində ilk Vətən Layihəsi — «Sevgili Yurdum» albomu ərsəyə gətirilib. Vətənimizə həsr edilmiş 6 musiqili parçanın yer aldığı albomun müəllifi GÜNƏR, ideya müəllifi isə Gülər Məmmədovadır.
Albomdakı musiqi parçaları DVD və CD formatda tərtib olunub. Albom bir neçə gün ərzində tam formatda Youtube kanalında yayımlanacaq. Albom əsasən Qarabağ müharibəsindən ilhamlanaraq hazırlansa da, «Sevgili Yurdum» mahnısı müharibədən öncə yazılıb və ifa olunub. Digər parçalar isə müharibə dövrü əsnasında ərsəyə gəlib. Layihədə 4 xalq artisti, 4 əməkdar artistin ifası, əməyi var.
Qeyd edək ki, incəsənət sahəsində «Sevgili yurdum» sırf Vətənə həsr olunan və Qarabağın azad olunmasından sonra həyata keçirilən ilk belə layihədir.

PAY