Ev Cəmiyyət

Vətən üçün yaşanılan ömürlər unudulmur…

PAY
Vətən üçün yaşanılan ömürlər unudulmur…
Şəhidlər unudulmur…
Şəhidləri unutmuruq…
Şəhidlər ölmür…
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Gədəbəy rayonunun İnəkboğan kəndindən Allahverdiyev Turxan Rəsul oğlu da var. O, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yaşasaydı, 25 yaşı tamam olacaqdı. Bu gün şəhidimizin ailəsini ziyarət etməyi özümüzə borc bildik. Millət vəkilimiz Arzu Nağıyevin başsağlığı bir daha ailəsinə çatdırıldı, şəhidimizin əziz xatirəsinə, qələbəmizə həsr edilmiş simvolik hədiyyələr, Qurani Kərim və dini ibadəti yerinə yetirmək üçün ləvazimatlar
təqdim olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
  
PAY