Ev Cəmiyyət

Əməkdar jurnalist Elnarə Dərziyevanın doğum günüdür

PAY
12 aprel — Əməkdar jurnalist Elnarə Dərziyevanın doğum günüdür.
1980-ci il aprelin 12-də Tovuz rayonunda anadan olub. 1986-cı ildə A.S.Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirir.
Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlayır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, «Bu gün» qəzetində jurnalist kimi çalışır. Daha sonra 4 il müxtəlif qazetlərdə: “Elçi”, “Faktor”, “Bu gün”, “Yeni Avrasiya”, qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə “Lider” televiziyasında işə qəbul olur və ilk olaraq «Üç bucaq» verilişi, daha sonra «Kriminform» verilişində müxbir kimi fəaliyyət göstərib. Daha çox “Səda” Xəbərlər Departamentində səs-küylü məhkəmə prosesləri, sosial araşdırmalarla bağlı reportajlar hazırlamaqla məşğul olub. 2002-ci ilin yanvarında teleməkanda ilk olan “Kriminform” verlişi yaradılır və ölkədə baş verən kriminal hadisələr gündəlik tamaşaçılara çatdırırdı. 2011-ci ildən isə həm “Lider Xəbər” departamentində, həm də departamentin “Barkod”, “Bizim Səda”, “Kriminform” verilişlərinin həm prodüseri, həm də redaktoru kimi fəaliyyət göstərib.2018-ci ilin dekabr ayında öz xahişi ilə Lider Televiziyasındakı fəaıiyyətnə son verib. 22 illik jurnalist təcrübəsinə malik olan Elnarə Dərziyeva hazırda Azad Azərbaycan Televiziasının ATV Səhər proqramında icraçı və yaradıcı prodüser vəzifəsində çalışır.
Bundan başqa Elnarə Dərziyeva 2003-cü ildən Ədliyyə Naziriyində qeydiyyatdan keçən «Nurlu Sabah Gənclərə Qayğı» İctimai Birliyinin təsisşilərindən biridi. O eyni zamanda 2011-ci ildə yaratdığı «Şəms Studio» adlı özəl çəklilş studiyasının prezidentidi. Studya əsasən, sənədli və bədii filmlər, sosial çərxlər, şəxsi sifarişlər əsasında ad günləri, yubiley mərasimləri, konsert proqramlarının çəkimini, montaj və yayımını təşkil edir. Elnarə Dərziyeva, həmçinin, iqtisadçı Arzu Qafarlının müəllifi olduğu «5İ Uğur düsturu» kitabının redaktorudur.
“Lider” televiziyasının rəhbərliyi, müxtəlif orqanlar, nazirlik və komitələr tərəfindən dəfələrlə mükafatlandırılıb, 2016-ci ilə prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb, 2017-ci ildə KİV-lərdə çalışan jurnalistlərin yaşam şəraitinin yaxşılaşdırılması məqsədi ilə prezident İlham Əliyevin növbəti sərəncamına əsasən, mənzil hədiyyə olunmuş və “Zirvə Ziyalılar Təşkilatı” tərəfindən Azerbaijan Best Awards -2017, yəni ilin “Ən yaxşı televiziya jurnalisti” nominasiyasının qalibi seçildi
PAY