Ev Cəmiyyət

Tovuzda Vətən müharibəsi Şəhidinin doğum günündə məzarı və ailəsi ziyarət edildi…

PAY

Tovuz rayon Gənclər və İdman İdarəsinin kollektivi Şəhid Verdiyev Elburus İlyas oğlunun doğum günündə məzarını və ailəsinin ziyarət ediblər.

Tovuz Şəhidlər

Şəhid Verdiyev Elburus İlyas oğlu 01 may 1993-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Tovuz Şəhidlər

Elburus Verdiyev 27 sentyabr 2020-ci il tarixində başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Verdiyev Elburus İlyas oğlu «Vətən uğrunda», “Döyüşdə fərqlənməyə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

PAY