Ev Cəmiyyət

İcra başçısı Türkiyədən müalicədən qayıtmış qazini evində ziyarət edib

PAY

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Aşağı Quşçu kəndində Vətən müharibəsi qazisi Musayev Bəhman Natiq oğlunun evində ona baş çəkib.

Bəhman Musayev 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçib, Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib, Ağdam rayonu ərazisində ağır yaralanıb. Bakı şəhərində hərbi hospitalda ilkin müalicədən sonra “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Sağlamlıq vəziyyəti qismən bərpa olunan Bəhman Musayev bu günlərdə Türkiyə Respublikasından Vətənə qayıdıb.

Qazi ilə görüşən icra başçısı Məmməd Məmmədov onun sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. Şanlı Azərbaycan Ordusunun əsgəri kimi işğalçı erməni silahlı birləşmələrinə qarşı aparılan müharibədə göstərdiyi qəhrəmanlığa və igidliyə görə ona təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə əsgər Musayev Bəhman Natiq oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Bəhman Musayev Vətən uğrunda döyüşlərdə sağlamlığını qismət itirmiş qazilərimizə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmiş, həmçinin cənab Prezidentin Sərəncmı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyətindən razılığını bildirmişdir.

PAY