Ev Cəmiyyət

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Əyyublu kəndində sakinlərlə görüşüb

PAY

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əhaliyə göstərilən sosial xidmətlər, mövcud infrastrukturun imkanlarından istifadə vəziyyəti və yerli əhalini maraqlandıran məsələlərlə yerində tanış olmaq məqsədilə Əyyublu kəndində olmuşdur.

Rayonun ən böyük yaşayış məntəqəsi olan Əyyublu kəndinin sosial-iqtisadi inkişafı, əhalinin suvarma suyu, içməli su, enerji daşıyıcıları ilə təminatı, əhalinin məşğulluğu sahəsində görülən işlərlə bağlı vəizyyəti öyrənmiş və bir sıra xidmət sahələrinin rəhbərləri ilə müzakirələr aparmışdır.

RİH başçısı Məmməd Məmmədov ayrı-ayrı küçələrdə sakinlərlə görüşmüş, onların müraciətlərini dinləmiş, qaldırılan həlli ilə bağlı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

PAY