Ev Cəmiyyət

Tovuzda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

PAY

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 25 may 2006-cı il tarixli  Sərəncamına əsasən hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.

Bu gün Tovuzda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub. Rayon rəhbərliyi və rayon icra hakimiyyətinin məsul işçiləri Tovuz şəhəri Heydər Əliyev adına mərkəzi meydanda  ümummilli liderin abidəsini ziyarət ediblər. Dövlət qullquçuları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını göstəriblər.

Rayon İcra Hakimyyətinin başçısı Məmməd Məmmədov Dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

PAY