Ev Cəmiyyət

Tovuz rayonunda növbəti dəfə dezinfeksiya işləri aparılıb

PAY

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə  Tovuz şəhərində əsas küçə və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

Xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin xüsusi texnikaları və əməkdaşları Tovuz şəhərinin əsas küçə və prospektində, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, bankomat və ödəniş terminalllarında, məişət tullantılarının atıldığı konteynerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.

PAY