Ev Cəmiyyət

Şəhid Nəsibov Elməddin Süleyman oğlunun doğum günü məzarı başında qeyd edilib

PAY

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları, şəhid ailələri və şəhidin yaxınları Nəsibov Elməddin Süleyman oğlunun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidlik zirvəsinə yüksələn Elməddin Nəsibov 25 avqust 1989-cu ildə Tovuz şəhərində anadan olub. 1996-2007-ci illərdə N.Tusi adına Tovuz şəhər məktəb-liseydə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb. 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2017-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi xidmətə başlamışdır. Elməddin Nəsibov Dövlət Sərhəd Xidmətinin baş leytenantı kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan ikinci Qarabağ müharibəsi zamanı Qubadlının və Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 17 iyun 2021-ci il tarixdə “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası zamanı şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Nəsibov Elməddin Süleyman oğlu Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

PAY