Ev Cəmiyyət

Tovuz RİH başçısının Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə “Tərəqqi” medalı təqdim edilib

PAY
????????????????????????????????????

“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 iyun 2021-ci il tarixli Sərəncam imzalamışdır.

Həmin Sərəncamla Tovuz rayon İcra Hakimiyyəti başçısının Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Quliyev Sahib Cəlal oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə «Tərəqqi» medalına layiq görülmüşdür.

Bu gün RİH başçısı aparatında medalın təqdim etmə mərasimi keçirilmişdir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək Sahib Quliyevi təbrik etmiş, ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, qeyd etmişdir ki, tovuzlular bundan sonra da dövlətimizə sədaqət nümunəsi göstərərək, bütün sahələrdə cənab Prezidentin etimadını doğruldacaqlar.

Sonra Məmməd Məmmədov «Tərəqqi» medalını və vəsiqəni Sahib Quliyevə təqdim etmişdir.

Sonda Sahib Quliyev çıxış edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

PAY