Ev Cəmiyyət

Tovuzda COVID-19 xəstəliyə qarşı peyvəndləmə prosesi davam edir

PAY

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Tovuz rayonunda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır.

Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 188094 doza vaksin vurulub. Bunlardan 84933 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 75910 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza, 27251 nəfər üçüncü doza peyvənd olunanlardır.

Əziz tovuzlular!

Məlum edirik ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur. İkinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etməyinizi tövsiyə edirik.

Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.

PAY