Ev Cəmiyyət

Tovuzda «20 Yanvar Xalqımızın Qəhrəmanlıq Salnaməsidir» mövzusunda toplantı keçirilmişdir.

PAY

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş «20 Yanvar Xalqımızın Qəhrəmanlıq Salnaməsidir» mövzusunda YAP Tovuz rayon Təşkilatının akt zalında toplantı keçirilmişdir.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, idarənin baş məsləhətçisi Yaşar Orucov, M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin müəllimi F.Yəhyayeva, Qarabağ Əlilləri,Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Əli Əliyev bu faciə haqqında iştirakçılara geniş məlumat vermişlər, eyni zamanda 1990-cı il 20 Yanvar faciəsinin Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutu olmasını xüsusi qeyd etmişlər.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə 20 Yanvar faciəsi barədə bildirdiyi “bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır” fikrinin zaman keçdikcə daha dərindən qavranıldığı diqqətə çatdırılmışdır.

Çıxışlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin bir çox məsələlərin yenidən nəzərdən keçirilməsinə, yeni konsepsiyada təqdimatına imkan yaratması, bu səbəbdən də 27 sentyabr Anım Günü matəm kimi deyil, milli qürur günü kimi qeyd olunmağa başlaması bir daha vurğulanmışdır.

 

PAY