Ev Cəmiyyət

Tovuzda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərimiz anılmışdır

PAY

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri şəhidlərimizin xatirəsini yad etmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsinə yeni inşa olunmuş abidə kompleksinin və əbədi məşəl abidəsinin önünə gül dəstələri qoyulmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ziyarətə gələn şəhid ailələrinin üzvləri ilə söhbət etmiş, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, Vətən uğrunda şəhid olmuş oğullarımızın və 20 Yanvar faciəsi zamanı həyatını itirmiş vətəndaşlarımızın qisasının alındığı qeyd edilmişdir.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

 

 

PAY