Ev Cəmiyyət

Şəhid Qurbanov Vahid Elşad oğlunun əziz xatirəsi doğum günündə məzarı başında anıldı

PAY

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhidin atası Qurbanov Elşad, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhid Qurbanov Vahid Elşad oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.

Sonra məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Vahid Elşad oğlu Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə E.Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016-2018-ci illərdə 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb.

Vahid Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vahid Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd döyüşləri zamanı şəhid olub. 04 noyabr 2020-ci il tarixdə Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Qurbanov Vahid Elşad oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

PAY