Ev Cəmiyyət

Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illik yubileyi qeyd edilmişdir

PAY
????????????????????????????????????

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin şəxsi heyəti,  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Tədbir işçirakçıları Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 il öncə imzaladığı,        13 fevral 2012-ci il tarixli fərmanı ilə respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılmış,müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsinə fiziki və mənəvi-psixoloji cəhətdən sağlam, milli dövlətçilik ənənələrinə, tarixi köklərinə bağlı, ölkəmizin milli maraqlarının, ərazi bütövlüyünün, suverenliyinin qorunmasına sədaqətlə xidmət etməyə hazır olan gənclərin seçilməsində SHXÇDX əsas vəzifəsidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi sahələrində dövlət siyasətinin irəli gələn vəzifələrin mütəşəkkil qaydada icrasını təmin etmişdir.

Tovuz rayonunda vətənpərvərlik tərbiyyəsi yüksək səviyyədədir.Tovuzlular hərbi sahəyə çox meyllidirlər. Tovuz hadisələrindən sonra minlərlə gənc erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini bildirmişlər. Vətən müharibəsində tovuzlular torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yüksək peşəkarlıqla yerinə yetirmişlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin əməkdaşlarını xidmətin yaranmasının 10 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik, xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

PAY