Ev Cəmiyyət

Tovuzda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə növbəti reyd keçirildi

PAY

Tovuzda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 saylı qərarın icrası ilə  bağlı və koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  sakinlər arasında maarifləndirmə tədbirləri davam etdirilir.

Tovuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində reydlər keçirilmişdir. Reyd zamanı infeksiya ilə mübarizə məqsədilə qoyulan tələblərə əməl olunmasının vacibliyi rayon sakinlərinin diqqətinə növbəti dəfə çatdırılmış və lazımi maarifləndirici söhbətlər aparılmışdır. Tibbi maskadan qapalı məkanlarda istifadə etməyin, sosial məsafəni qorumağın və gigiyenik qaydalara riayət etməyin vacibliyi vurğulanmışdır.

Qeyd edilmişdir  ki,  fevralın 15-dən başlayaraq  COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Buna görə də bir daha “Booster” doza ilə vaxtında peyvənd olunmalarını tövsiyə edilmişdir.

Mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi qaydalarına ciddi riayət olunması məqsədilə verdiyi tapşırıq və tövsiyələr bir daha sakinlərin diqqətinə çatdırmışdır.

 

 

PAY