Ev Cəmiyyət

Tovuzun elektrik enerjisi təchizatı yaxşılaşdırılır

PAY
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Millət vəkili Arzu Nağıyevin təklifi nəzərə alınaraq “Azərişıq” ASC tərəfindən Tovuz rayonunun Qaradaş, Papaqçılar, Səfərli və Qandallar kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparılmağa başlanılmışdır. Bu gün Millət vəkilimiz Tovuz rayonunun Qovlar şəhərində inşasına başlanılmış Qovlar 110/35/10 kilovoltluq yarımstansiyanın inşası və Qaradaş kəndində görülən işlərlə yerində tanış oldu, həmçinin seçicilərlə görüş keçirərək onları maraqlandıran suallara aydınlıq gətirdi. Daha sonra Tovuz rayon Elektrik Şəbəkəsində baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində də görülən işlərlə tanış olmuşdur.
Rayonun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində göstərdikləri dəstəyə görə Milli Məclisin rəhbərliyinə, “Azərişıq” ASC-nin rəhbərliyinə və əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk.
PAY