Ev Cəmiyyət

AZƏRTAC: Şəhid leytenant Vasif Heydərovun şəxsi əşyaları muzeyə təqdim edilib

PAY

Şəhid leytenant Vasif Heydərovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə daxil edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Vasif Heydərov 1997-ci ildə Tovuz rayonunda anadan olub. 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, ona leytenant hərbi rütbəsi verilib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Vətən müharibəsində iştirak edən leytenant Vasif Heydərov torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Vasif Heydərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

PAY