Ev Cəmiyyət

Tovuzda “5 mart — Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib

PAY

Bu gün Tovuz Olimpiya İdman kompleksində “5 mart — Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov, Tovuz Olimpiya İdman kompleksinin direktoru Zeynalabdı Quliyev, Gənclər evin direktoru Rauf Rüstəmov, rayonunun ümumtəhsil müəssisələrinin idman rəhbərləri, məşqçilər və idmançılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüblər.

Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov çıxışında qeyd etmişdir ki, Prezident İlham Əliyevin 30 iyun 2009-cu il tarixli 847 saylı fərmanı ilə təsdiq etdiyi «Bədən Tərbiyəsi və İdman haqqında» Azərbaycan Respublikasının qanunu bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətin sistemli şəkildə inkişafında mühüm addım oldu. Bu qanun bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkili-hüquqi, sosial- iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Bu sahədə yaranan münasibətləri tənzimləyir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir. Sonra S.Ələsgərov 2021-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Uşaq Gənclər Şahmat İdman məktəbin direktoru Hafiz Nuriyev, M.Məmmədov adına Qovlar məktəb-liseyinin bədən tərbiyə rəhbəri Ramiz Novruzov, Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov, Taekvondo idman növü üzrə Azərbaycan Çempiyonu Nəzrin Qasımova çıxış edərək son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması, gənclər arasında idmana marağını artması barədə danışıblar.

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması bu sahədə hər kəsi səfərbər etdi. Tovuz rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artıb. Keçən il istifadəyə verilən “Turan Tovuz” klubunun nəzdində yeni inşa olunmuş futbol akademiyası azərbaycan futbolun inkişafında mühüm rol oynayacaq.

İdman sahəsində fərqlənən idmançı və məşqçi-müəllimlər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman ilə təltif edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

PAY