Ev Cəmiyyət

Tovuzun ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman birinciliyi keçirilmişdir…

PAY
Tovuz İdman

Bu gün M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin idman meydançasında rayon Gənclər və İdman idarəsi, rayon Təhsil şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə Tovuz rayon ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir. Qeyd edək ki, mart ayından başlayaraq rayon üzrə zona mərhələləri keçirilmiş və zona yarışlarında l və ll yerləri tutmuş komandalar rayon birinciliyində iştirak etmişlər.

Yarışdan əvvəl torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra komandaların yarışa hazır olmaları barədə rayon Təhsil şöbəsinin əməkdaşı Səmədulla Tağıyev raport verdi.Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, rayon Təhsil şöbəsinin əməkdaşı Səmədulla Tağıyev belə yarışların keçirilməsini gənclərimizin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rol oynadığını qeyd etmişlər.

Keçirilən yarışlarda I yerə E.Tağıyev adına Cəlilli kənd tam orta mətəbin komandası, ll yerə S.Kazımov adına Qovlar şəhər tam orta məktəbin komandası, lll yerə isə Y.Sadıqov adına Bozalqanlı kənd tam orta mətəbin komandası layiq görülmüşdür.Qalib komandalar rayon Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi tərəfindən kubok və diplomlarla təltif olunmuşlar.

PAY