PAY

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tovuz rayon Bozalqanlı kəndində yerləşən Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində  Abulbəyli kənd Mədəniyyət evinin, Abulbəyli kənd kitabxanasının, Tovuz Gənclər evinin işçilərinin və A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönəmi ilə əlaqədar » Yaddaşlarda əbədi iz qoyan, bənzərsiz şəxsiyyət»   mövzusunda  tədbir keçirilmişdir.

Tədbirdə Tovuz rayon Gənclər evinin direktoru Rauf Rüstəmov, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin tarix müəllimi Svetlana Hüseynova, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin fond mühafizi Əminə Mirzəyeva, muzeyin bələdçisi Pakizə Abbasova, muzeyin kiçik elmi işçisi Püstə Mahmudova çıxış edərək bildiriblər ki, müasir dövlətçiliyimizin banisi, Ümummilli liderimiz Heydər Əliyevin yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən,  milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.  Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirir. Təsadüfi deyil ki, ömrünün son günlərində, dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutaraq «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» demişdir. Möhtərəm Prezidentimiz isə Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycan xalqının etimadını doğruldaraq Azərbaycanı tarixinin ən qüdrətli dövrünə gətirib çıxarmışdır.

PAY