Ev Cəmiyyət

Montyor cərəyan vurmasından ölüb

PAY
Tovuz Hadisə

«Azərbaycan Dəmir Yolları» QSC-nin 5 saylı Gəncə Enerji Təchizat Sahəsində elektrik məntəqə montyoru işləyən Mehman Ələsgərov səhər saatlarında Alabaşlı stansiyasının xidməti ərazisində olarkən cərəyan vurması nəticəsində ölüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, sahənin rəisi Etibar Quliyevin verdiyi məlumata görə, hadisəyə Mehman Ələsgərovun ehtiyatsız davranması və təhlükəsizlik qaydalarına əməl etməməsi səbəb olub. Onun meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda istintaq araşdırması aparılır.

PAY