Ev Cəmiyyət

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib…

PAY
Tovuz Hadisə

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, 2005-ci il təvəllüdlü Tağıyev Röyal Həsən oğlunun idarə etdiyi “Khazar” markalı minik maşını idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü və sərnişinləri — 2005-ci il təvəllüdlü Qasımov Yaşar Elnur oğlu, 2005-ci il təvəllüdlü Qarayev Sənan Nazim oğlu, 2005-ci il təvəllüdlü Nəbiyev Süleyman Tofiq oğlu xəsarət alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya minik maşınının qarşısına it çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Ruslan Novruzoğlu,

PAY