Ev Cəmiyyət

İcra başçısı səyyar qəbul zamanı Hacıalılı kənd sakinləri ilə görüşüb…

PAY
Tovuz rayonu

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Hacıalılı kəndində təşkil olunan səyyar qəbul zamanı kənd sakinlərini qəbul edib.

Səyyar qəbul Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbinin binasında təşkil olunub və burada hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

M. Məmmədov Hacıalılı kənd sakinləri qarşısında çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin üzərindən keçən iki ilə yaxın müddət ərzində ölkədə həyata keçirilən sosial iqtisadi tədbirlərdən söz açıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa quruculuq işləri ilə yanaşı, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz günü gündən inkişaf edir, vətəndaşlarımızın sosial rifahı daim diqqətdə saxlanılır. Bütün regionlarımızda olduğu kimi Tovuzda da müxtəlif layihələr həyata keçirilir, rayonumuzun infrastrukturu və abadlaşdırılması prosesi davamlı həyata keçirilir.

Qəbula gələn Hacıalılı kənd sakinləri dinlənilib, onları narahat edən məsələlər və problemlərin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.

Hacıalılı sakinləri ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın hər yerində həyata keçirilən sosial-iqtisadi tədbirlərdən razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

PAY