Ev Cəmiyyət

Tovuzda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə təntənəli tədbir keçirilib

PAY

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təntənəli tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin, qazilərin, müharibə iştirakçılarının övladları və rayonun balacaları iştirak ediblər.

Uşaqların əyləncəsi üçün hazırlanan bədii proqramda milli-qəhrəmanlıq mövzusunda rəqs kompozisiyaları nümayiş etdirilib, çizgi film personajlarının ifasında əyləncə proqramı və şar şou, uşaqlar üçün üzboyama təşkil olunub.

Tovuz rayon İcra Hakimiyyəti tərəfindən tədbirə toplaşan Vətən müharibəsi şəhidlərinin, qazilərin, müharibə iştirakçılarının uşaqlarına hədiyyələr təqdim olunub.