Ev Manşet

Tovuzda Vətən müharibəsi şəhidlərinin medalları ailələrinə təqdim olunub

PAY

Bu gün Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Xalid Abasov  “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan  şəhidlərin medallarını onların  ailələrinə təqdim ediblər.

Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları olan Tovuz şəhərindən şəhid Şirinov Elmar Cəbrayıl oğlu və şəhid Rüstəmov Amil Bədrəddin oğlu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən şəhid Yusifov Münasib Mübariz oğlu və şəhid Ələsgərov Yusif Yaşar oğlu şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Şəhid ailələrinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya, övladlarının xatirəsinin daim yaşadılması üçün görülən tədbirlərə, eyni zamanda həmin kateqoriyadan olan insanlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah Şəhidlərimizə rəhmət eləsin.