Ev Cəmiyyət

Tanınmış tovuzlular

PAY

Tanınmış  Tovuzlular

 Bu natamam bir siyahıdır, xahiş edirəm əlavələrinizi 

nagiyev.arzu @ gmail .com  

ünvanına göndərəsiniz.

 1. Əliyev Firudin Əli oğlu – 1936-1983- cü illərdə yaşamışdır, Azərbaycan KP MK-nın katibi olmuşdur.

2. Zeynalov Zakir Əlixan oğlu – 1939-2000-ci illərdə yaşamışdır, hüquq elmləri doktoru olmuş, iki çağırış Milli Məclisə deputat seçilmiş, Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini olmuşdur.

3. Mahmud Tağı oğlu Məmmədov — 1909-1964-cü illərdə yaşamışdır, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun rektoru vəzifələrində çalışmışdır

3. Ramiz Şəmşəd oğlu Mirzəyev – 1954-2007-ci illərdə yaşamışdır, texnika elmləri doktoru və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin müavini olmuşdur.

 4. Ramiz Məhəmmədəli oğlu Zeynalov – 1951-ci ildə anadan olmuşdur, Dövlət Yol Polisi Baş İdarəsinin rəisidir, polis general-mayorudur.

5. Məmməd Novruz oğlu Əliyev – 1942- ci ildə anadan olmuşdur, fizika elmləri

doktoru, professordur, Azərbaycan Respublikasının İspaniyada Fövqəladə və Səlahiyyətli səfiridir.

6. Məzahir Məhəmməd oğlu Pənahov – 1950-ci ildə anadan olmuşdur, fizika- riyaziyyat elmləri doktorudur, Mərkəzi Seçki Komissiyasının sədridir.

7. Arif Nəriman oğlu Əsgərov – 1961-ci ildə anadan olmuşdur, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisidir.

8.Nizaməddin İsmayıl oğlu Rzayev – 1952-ci ildə anadan olmuşdur, “Azərsu” ASC-nin Prezidenti olub.

9.İslam Hacı oğlu İbrahimov – 1948-ci ildə anadan olmuşdur, iqtisad elmləri doktorudur, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisidir.

10.İdris Axundzadə — 1914-1999-cu illərdə yaşamışdır, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.

 11.Müseyib Ağababa oğlu Müseyibov – 1927-ci ildə anadan olmuşdur, coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimidir.

 12 .İbrahim Mirzə oğlu İsayev – 1937-2004-cü illərdə yaşamışdır, tibb elmləri doktoru, professor, əməkdar elm …Еще

13.Məstan (Günər) Əliyev – 1935-ci ildə anadan olmuşdur, Azərbaycan Dövlət Mükafatı laueratıdır.

14.Qəzənfər Paşayev – 1937-ci ildə anadan olmuşdur, filologiya elmləri doktoru, professordur, yazıçı- publisistdir.

 15.Məmməd İsmayıl – şair, 1939-cu ildə anadan olmuşdur. Şəmşəd Rza – şair, 1939-2001-ci illərdə yaşamışdır.

16 Paşayeva Qənirə Ələsgər qızı – 1975-ci ildə Düz Qırıqlı kəndində anadan olmuşdur. İxtisasca pediatr həkim və hüquqşünasdır. Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.

17. İsmayılov İlyas Abbas oğlu – 1938-ci ildə Tovuz şəhərində anadan olmuşdur. Hüquq elmləri doktorudur. Ədalət Partiyasının sədridir.

18Cəfərov Mayıl İsmayıl oğlu – 1909-1967-ci illərdə yaşamışdır.

 19. Hüseynova Abuhəyat Yaqub qızı – 1928-1984-cü illərdə yaşamışdır.

20. Muxtarov Lətif İsmayıl oğlu – 1932-2004-cü illərdə yaşamışdır.

Sosialist Əməyi Qəhrəmanları

21. Məhər Mustafa oğlu Quliyev – 1924-cü ildə anadan olmuşdur. Bozalqanlı kəndindəndir. Hazırda Prezident təqaüdçüsüdür.

22. Həcər Oruc qızı Namazova – 1923- cü ildə anadan oluşdur, Abulbəyli kəndindəndir. Hazırda Prezident təqaüdçüsüdür.

23. Bəsti Eyyub qızı Namazova – 1905-1995-ci illərdə yaşamışdır, Bozalqanlı kəndindəndir.

24. Abbas Zaman oğlu Məmmədov – 1916-1976-cı i

 

Bu natamam bir siyahıdır, xahiş edirəm əlavələrinizi 

nagiyev.arzu @ gmail . com  

ünvanına göndərəsiniz.

 Əlavələr:

1. Fətulla Əli oğlu Hüseynov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik.

Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 60-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə O, Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb. Polis polkovniki olub. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif edilib.

Azərbaycanda Hüseynov «qara polkovnik» ləqəbi ilə tanınırdı. O, Qarabağ Müharibəsinin hərb yolu ilə həllinin tərəfdarlarından olub.

1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib. 1996-cı ildən AFFA-nın vise prezidentidir. UEFA –nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.

1992 ci ildə Azərbaycan Futbol Assosiasiyasının nizam- intizam komitəsinin sədri olub. 2001-ci ildə AFFA –nın vise prezidenti vəzifəsində işləyib.

Fətulla Hüseynov 2004-cü il, 14 iyunda evinin qarşısında öldürülüb.

 

Bu natamam bir siyahıdır, xahiş edirəm əlavələrinizi 

nagiyev.arzu @ gmail . com  

ünvanına göndərəsiniz.