Ev Tovuz mətbəxi

Tovuz Mətbəxi – məlumat

PAY

Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və qöyərti (pencər), kartof mənşəli yeməklər daxildir. Azərbaycan kulinariyasında məşhur xəmir yeməklərindən biri də “Tovuz xəngəli” adı ilə tanınır.

Plovun və dolmanın onlarla növü, kababın da elə təxminən bu qədər növü bəllidir. Bunları çox hissəsi tərəvəzlərdən geniş istifadə olunmaqla hazırlanır. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsullarından daha geniş istifadə olunur.

Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pilovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təamlarıdır. Tovuzda təkcə kartofdan 10-dan artıq yemək hazırlanır.

Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Tovuz xəngəli, sulu xəngəl, fəsəli, qatlama, körəməz, öriştə və əriştəli yeməklər, müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu və sair.

Tovuz mətbəxi müxtəlif salatlarla da zəngindir. Tərəvəz, göyərti, lobya, noxud qoz, fındıq, qaymaq qatılmaqla hazırlanan salatlar çox dadlı olur. Bundan başqa adi salatlardan (pomidor, xiyar, bibər) geniş istifadə olunur. Ən geniş yayılmışı “Çoban salatı”dır. Tovuzluların adi yemək süfərində belə mütləq salat olur.

Əlüstü yeməklərdən müxtəlif qutabları göstərmək olar. Ən məşhuru göyərti qutabıdır ki, bu da Tovuzda çox sevilir. Bundan başqa kartofdan, noxud və lobyadan hazırlanan qutablar da bişirilir.

Şirniyyat məmulatarından əx çox istifadə olunanı, paxlava, şəkərbura, qatlama, fəsəli, meyvəli tort növləridir.

Tovuzda ən çox istifadə olunan içkilər, ayran, dovğa, atlama, meyvə şirələridir. Spirtli içkilərdən bu zonanın məşhur içkiləri kimi yanınan tut, zoğal və digər meyvələrdən çəkilmiş araqları, üzüm, gilas, nar, moruq və digər meyvələrdən şərabları göstərmək olar.

PAY