Ev Cəmiyyət

Ehtiyatsızlıq qəzayla nəticələndi

PAY
Tovuz Hadisə

«Türkel TV» bildirir ki, iyunun 16-sı Tovuz rayon ərazisində, Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib. Belə ki, rayonun Yuxarı Öysüzlü kənd sakini 36 yaşlı Məhərrəm Mahmudovun idarə etdiyi “Vaz 21-011” markalı avtomobillə 28 yaşlı Hüseyn Əliyevin idarə etdiyi “Vaz 21-007”-i toqquşub. Hadisə nəticəsində “Vaz 21-011”in sürücüsü Məhərrəm Mahmudov ciddi xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Vaz 21-011” markalı avtomaşının qəflətən əsas yoldan gələn avtomobilin yoluna çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Rahim Ibrahimoğlu

 

PAY