Ev Cəmiyyət

Tovuzda taekvando üzrə açıq şəhər birinciliyi davam edir

PAY

Tovuzda təşkil olunan gənclər arasında taekvondo üzrə açıq şəhər birinciliyi davam edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə və «Qurtuluş günü»nə həsr olunan birinciliyin ikinci gününün də qalibləri məlum olub. Qeyd edək ki, 3 gündən ibarət olan yarışa sabah yekun vurulacaq.
İyunun 14-dən Tovuz Olimpiya İdman Kompleksində start götürən gənclər arasında taekvondo üzrə açıq şəhər birinciliyinin artıq ikinci günü də arxada qalıb. Xəbər verdiyimiz kimi yarışda idmançılar 10 qız 10 oğlan olmaqla 20 çəki dərəcəsi üzrə qüvvələrini yoxlayırlar.  Artıq yarışın ilk günündə oğlanların 4- 48, 55, 63 və qızların 44 kq çəki dərəcəsi üzrə qaliblərinin məlum olmasından sonra ikinci günün döyüşlərinə də saat 10:00-dan etibarən start verilib. Yarışın respublikanın qərb bölgəsində təşkil olunmasının səbəbi taekvondo idman növünün populyarlığını burda daha da artırmaqdır. Bu haqda daha ətraflı yarışın Təşkilat Komitəsinin Sədri Rəşad Əhmədov məlumat verib.

Yarışa şəhər və rayonlar — Abşeron, Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Göygöl, Göyçay, Gəncə, Laçın, Qax, Qazax, Samux, Tovuz, Zərdab, Şirvan, Şəmkir və Zəngilanla yanaşı idman cəmiyyətləri və klubları da qatılıb. Bunlar Araz, Zaur Axundov, Azəri, Fateh, Fərasət, Fərah, Qala, Tovuz MOK, Zenit, 12 saylı litsey və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətidir. Ümumilikdə isə yarışda 154 taekvondoçu qüvvəsini sınayır.

Vüqar Qarayev

Türkeltv.az

PAY