Ev Tovuz mətbəxi

Sini xəngəl

PAY

Sini misdən hazırlanan geniş və dayaz qaba deyirlər. Xəngəli sinidə masaya servis edirlər. Qaydaya görə hamı ortadan, bir qabdan yeyir. Xəngələ kartof qatmaq qaydasını tovuzlular kəşf ediblər. Xəmir, yağ, soğan, ət və ya toyuq əti, eləcə də kartofun bir araya gəldiyi yeganə yeməkdir. Hazırlanma qaydası belədir: Əvvəlcə un və sudan sadə xəmir yoğrulur. Kiçik kündələrə bölünür. Hər kündə bir orta porsiya deməkdir. Böyük qazanla bir su doldurulub qaynamağa qoyulur. İçinə duz atılır. Yuxa yayılır və qurumağa imkan verilmədən eninə və uzununa böyük yarpaqlar halında bir neçə yerə bölünür. Xəngəl hazırdır. Sini qaba altdan xəmir, sonra kartof və üstünə də əvvəlcədən kərə yağında pomidorla qovrulmuş soğança səliqə ilə yayılır. Bunun üstünə sarımsaq qatıq töküb yemək adətdir. Yeməyin yağlı olması nəzərə alınaraq Tovuzda turşluq vermək üçün yay fəslində xüsusi vişnə sousu hazırlanır. Tumlarından təmizlənən albalılar soyuducuda dondurulur. İstəyə görə yeməyə əlavə edilir. Qarmaqarışıq dad ortaya çıxır. Bu haqda danışarkən belə insanın iştahı qabarır.

PAY