Ev Cəmiyyət

Məşhur Tovuz futbolu

PAY

Azərbaycan futbolunda xüsusi dəst-xətti olan Tovuz futbolu yerli almanlar tərəfindən 1914-cü ildə yaradılmışdır. 1920-ci ildə yerli futbolçularla keçirilən ilk rəsmi oyun Tovuz futboluna yeni mərhələ açmışdır. Yerli almanlardan ibarət ”Rote Fahne” komandası ilə “Tovuz” komandasının bu qarşılaşmasını Gürcüstandan olan hakim idarə etdiyindən, ölkə futbolunda ilk əcnəbi hakimin idarəçiliyi də Tovuza futboluna təsadüf edir.

 1924-cü ildən başlayaraq Tovuz futboluna Qara Əliyev qeyri rəsmi, 1933-cü ildən 1979-cu ilədək isə rayon İdman Komitəsinin sədri kimi bilavasitə rəhbərlik etmişdir.

1946-cı ildə faciəli surətdə avtomobil qəzaya uğramasına baxmayaraq, Tovuzun futbol komandası həmin ilin yekununa görə ölkə futbolunda 2-ci pilləyə yüksələ bilmişdir. Komanda 1955-ci ildə keçirilən ilk ölkə Spartakiadasının qalibi adını qazanmış, 1957-ci ildə isə daha böyük uğura imza ataraq respublika əyalətlər arasında ilk olaraq ölkə Kubokuna sahib olmuşdur.

Tovuz futbolunun qarşıya qoyduğu əsas məqsəd, bir futbol məktəbi olaraq ölkə futbolu üçün layiqli futbolçu yetişdirmək olmuş və bütün dövrlərdə bu işin öhdəsindən layiqincə gəlinmişdir.

PAY