Ev Tovuz xəbərləri

Tovuz kəndləri haqqında

PAY

• Əlibəyli kəndi

Tovuzun cəbhə xəttindəki bu son yaşayış məntəqəsini ermənilərlə 3 km-lik məsafə ayırır. 1994-cü ilə qədər şiddətli döyüşlərin getdiyi bu kənddəki evlərin divarlarında güllə izləri hələ də durur. Sakinlər 20 ildir hərbçilərlə iç – içə yaşayırlar. Müharibə şəraitinə və arada bir atəşkəsin pozulmasına məhəl qoymadan öz normal həyatlarına davam edirlər. Kəndi tərk etməyiblər. Kənd Azərbaycanda bəylik dövrünün yadigarıdır. Əli bəyə mənsub kənd olub. XVIII – XIX əsrlərdə kurort iqliminə sahib bu kəndlərdə Gəncəbasar əsilzadələrinin yaylaq yerləri olub, yay fəslində buraya yığışıblar. Mülk yerləri indiyədək durur. O qədər gözəl təbiəti var ki, adamın güllə səsləriylə buradakı hüzurun pozulduğuna inanmağı gəlmir.

• Yekallar kəndi

Tovuzun ən böyük kəndidir. Qədim qəbiristanlıqda yerləşən türbələr kompleksi indiyədək araşdırılmayıb. Burdan bir neçə km aralıda kəndin ən məşhur tarixi abidəsi yerləşir: Sultan körpüsü. Dəqiq yaşı bilinməyən körpü Axınca çayı üstündə salınıb və işlək vəziyyətdə qalan tək tarixi abidədir. Körpünün altındakı kanyon möhtəşəmdir. Su sürətlə axaraq qayaların arasından elə sərt çevrilir ki, burda şırıltı səsindən ağız deyəni qulaq eşitmir. Yerlilərin dediyinə görə, keçmiş zamanlarda sultan, körpünü hind ustalara tikdirib. İnşasında qoyun südü və yumurtadan istifadə ediblər. Yüzillərdir iti sürətlə axan çayın qarşısında tab gətirməyini də buna bağlayırlar. Ərazinin mükəmməl mənzərəsi körpüdən keçənləri ayaq saxlayıb suyun şırıltısı fonunda təbiəti, kanyonu, çayı, seyr etməyə vadar edir.

• Bozalqanlı kəndi

E.ə. III yüzillikdən məlum olan bozalqan tayfası türk dilli xalqaların tarixən formalaşmasında böyük rol oynayıb. Bu tayfanın nümayəndələri Tovuz ərazisini özünə məskən seçib. Azərbaycan aşıq folklorunda Bozalqanlı kəndinin xüsusi yeri var. Bura aşıqların diyarıdır. Bütün qərb zonasında olduğu kimi burda da məclislər sazsız ötüşmür. Deyirlər ki, Oğuzun 3 əsas dostu olub: at, saz, arvad. Azərbaycanda tək olan saz muzeyi də Tovuzda yerləşir.

• Böyük Qışlaq kəndi 50 km

Əsrik dərəsində yerləşən son yaşayış məskənidir. Kəndin ən məşhur abidəsi oval məsciddir. Minarəsi yoxdur. Keçmiş zamanlarda buraya “od məbədi” deyiblər. Alban məbədlərinin üslubunda inşa edilib. Pəncərələr üzü günçıxana tərəf açılır. Qədimdə atəşpərəstlərin ibadətxanası olduğu qənaətindədirlər. İslamiyyət yayıldıqdan sonra yerlilər buranı mollaxana adlandırıblar. Sovet vaxtında məbəd istifadəsiz qaldığından, qismən sökülüb və içərisini də ot kol – kos basıb.

• Kirən kəndi

Xınna bölgəsində maraqlı kənd adlarından biri də Kirəndir. XIII əsr müəllifi Yaqut Həməvi Təbriz ilə Beyləqan arasında bir qalanın Kirən adlandığını yazıb. Kir qədim türk dilində “dağ yamacı, dağ yoxuşu” deməkdir. Sırf coğrafi termin olduğunu kəndin relyefi təsdiq edir. Bu istiqamətdə kəndlər Çınaldağ silsiləsinin yamaclarına səpələnib. Tovuz üzrə daxili turist marşrutlarından biri Kirən kəndi istiqamətində həyata keçirilə bilər. Marşrutun ümumi uzunluğu 40 – 50 km təşkil edir. Bu istiqamətdə son yaşayış məntəqəsi Qalaboynu kəndidir. Kəndin yaxınlığındakı dağın zirvəsində Alban dövründən qalma bir qala yerləşir ki, yerlilər buna da Koroğlu evi deyirlər.

• Yuxarı Ağbaşlar kəndi

Xınna dərəsində yerləşən və Tovuza aid olan son kənddə cəmi 50 ev var. Arıçılıq, heyvandarlıq və kartofçuluqdan başqa burada dəmirçiliklə də məşğul olurlar. Möhtəşəm mənzərəsi olan kənddəki ən görülməli yer kanyondur. Atlıbulaq bu kəndin ən gur sulu bulağıdır. Yay mövsümündə arandan dağ kəndlərinə doğru hərəkət edən bütün avtomobillər sərinləmək üçün burada saxlayırlar.

• Çatax kəndi – Turşsu

Əsrik dərəsində yerləşən bu kənddən turşsu çıxır. Dadı turşməzə olduğundan bu cür mineral sulara xalq arasında turşsu deyirlər. Tərkibindəki müxtəlif kimyəvi xassəli minerallar onları müalicə əhəmiyyətli edir. Ümumiyyətlə, Tovuz ərazisində 586 çeşmə mövcuddur. Bunlardan 4 dənəsi mədən suyu xassəsinə malik turşsudur. Təkcə Əsrik dərəsində 36 bulaq qaynayır. Fındıqlı bulağı, Maral bulağı, Şəlalə bulağı bunların içərisində ən məşhur olanlarıdır. Hər bulağın başında bir restoran var. Havasına, suyuna, mənzərəsinə doyum olmayan bu yerdəki bütün istirahət obyektlərində aşıq musiqisi aşıqların ifasında canlı – canlı səslənir. İstirahətə gələnləri əyləndirən musiqiçilərin bu işi sezonluqdur və əsasən müştərilərin verdiyi bəxşişlə dolanırlar. Əsrik dərəsinin əsas sərvəti sayılan meşələri maral, ceyran, cüyürlə doludur. Dərəni əhatə edən dağlarda inşaat üçün faydalı sayılan keyfiyyətli qaya materialları var.

• Yanıqlı kəndi

Xınna dərəsindəki bu kəndin ərazisində vaxtilə qədim Xunan şəhəri yerləşib. 830 – cu ildə Tovuzu tutan xalq hərəkatının lideri Babəkin başçılıq etdiyi ordunun ərəblərə qarşı ən şiddətli müqaviməti burada olur. Deyilənlərə görə, məhz burada baş verən şiddətli döyüşlərdən sonra qalib gələn ərəblər Əsrik və Xınna dərələri boyunca hərəkət edərək Azərbaycana yayılıblar. Yanıqlı kəndində dərinliyi 10 metr olan kəhriz var. Kənd camaatı içməli suyu bu quyudan çıxarır. Onun yanında Şah Abbas məscidi və kəndin yerləşdiyi Zəyəm çayı üzərində qədim Xan körpüsü var. Hər 3 abidənin XVIII əsrdə, daha dəqiq 1772- ci ildə inşa edildiyi məlumdur. Bərpaya ehtiyacı olan bu tarixi tikili Gəncədəki Şah Abbas məscidinə çox oxşayır. Buna bənzər bir məscid Təbrizdə də var. Zəyəm çayı boyunca uzanan yola qədimdən bəri “Şah Abbas yolu” deyirlər. Əsrik və Xınna dərəsində yerləşən kəndləri öz yaranma tarixinə görə 3 qismə ayırmaq olar. Onlardan bir neçəsi igidliyinə və şah divanxanasında xidmətlərinə görə ayrı – ayrı təbəələrə bağışlanmış pay torpaqlarında məskunlaşan insanlarındır (İsakənd və Qalaboyun kəndləri). Bir qismi Alban – Arran dövründə yara-nan yaşayış məskənləridir. Təsadüfi deyil ki, Kür qırağı kəndlərə üz tutan dağ kəndlərinin sakinləri bu günə qədər “Arana gedirəm” ifadəsini işlədirlər. Üçüncü qism isə bu əraziyə Türkiyə, Təbriz, Ərdəbil və Qarabağ bölgəsindən köçüb gəlmiş və artıq özünü tamamilə tovuzlu sayanlar da var. Qarabağlılar, Aşrallar, Ağdərə kəndlərini buna misal çəkmək olar. Lazlar və Ağbaşlar kəndlərini sırf Tovuz mənşəli hesab edirlər. Xınna dərəsinin girişində Çinarlı deyilən yerdə, nəhəng iki çinar ağacının altında ziyarətgah var. Ümumiyyətlə, ərəblərin Azərbaycana gəlişindən sonra Tovuzda Hz. Əlinin adı ilə bağlı ziyarətgahlar meydana gəlib. Onlardan ikisi çox məşhurdur: Çinarlı piri və Haçaqaya.

• Öksüzlü kəndi

Ağdərə vadisinin ən böyük kəndidir. Yuxarı və Aşağı Öksüzlü deyə 2 yerə ayrılır. Yerli dialektdə Öysüzlü kimi səslənir. Ona görə bir çox yazılı qaynaqlarda adı bu cür yazılır. Öksüz türkcə kəlimədir. Türkiyədə, Orta Asiyada bu söz kimsəsiz, yetim mənasında işlədilir. XIX əsrə aid köhnə məsciddən başqa kənddə, Nəsib bəy və Yusif bəy Yusifzadə qardaşlarına aid 1872-ci ildə inşa edilmiş tarixi mülklər qalıb ki, bu gün onlardan kənd məktəbi və kənd xəstəxanası kimi istifadə olunur. Aşağı Öksüzlərdə Qızıldağ yerləşir. Günəş işığında qırmızı, qızılı rəngə çaldığına görə bu cür adlandırıblar. Qı¬zıldağın zirvəsində XIII əsrə aid edilən məşhur bir tarixi abidə var. Tovuzluların çox heyranlıqla bəhs etdiyi Qızıl dağın yamacları qədim Oğuzlara aid olduğu güman edilən qəbr daşlarıyla doludur. Burada küplərdə dəfn edilmiş insanların sümükləri və qiymətli metallar tapılıb. 45 dəqiqədə zirvəyə çıxmaq mümkündür. Buradan Ağdərə vadisində yerləşən kəndlərin hamısını quşbaxışı izləmək mümkündür. Ən üst nöqtədə 2 ədəd müşahidə qülləsi olduğu güman edilən bir – birindən aralı iki ədəd tikili var. Bunlara XVI – XVII əsrlərdə yaşamış xalq qəhrəmanı “Koroğlunun evi” deyirlər. Tarixən buranın əhalisinin döyüşkən olduğu bilinir. Koroğlu dastanı motivlərinə görə hökmdar ədalətsizliyindən qaçan insanlar, bu dağları özünə məskən seçərək mübarizə aparıblar. Qərb zonasında populyar olan və çox geniş əraziyə səpələnmiş bu tikililər ardıcıllıqla 200 il içərisində inşa edilib. Qafqaz Albaniyası dövründən qalma xatirələrdir. Alban məbədlərin çoxluğu Tovuzda Alban mövqelərinin bərk olduğundan xəbər verir. Çoxu qeydiyyatdan keçməmiş bu abidələrin əksəriyyətinə Əsrik və Xınna dərəsində rastlanır.

• İsakənd

Bura Qarabağlar kəndi də deyirlər. Xınna dərəsinin ən yüksək dağlıq və mənzərəli kəndlərindəndir. Kəndin ən uca nöqtəsində Alban məbədi yerləşir. Digərləriylə təxminən eyni dövrdə inşa edildiyi güman olunur. Divarlarında müxtəlif formalı xaç işarələri görmək mümkündür. Qədimdə xaç işarəsini çörəyin üstündə və ya xına ilə əllərin içinə çəkərdilər. Qarpız kəsəndə onun tağının xaç kimi 4 yerə parçalayıb niyyət tutmaq adəti xalq arasında hələ də yaşayır. Xaç, oda sitayiş edənlər üçün Tanrını simvolizə edən totemlərdən biri olub. İsakənddən Qalaboyun kəndinə aparan cığırda, 1600 m dəniz səviyyəsindən yüksəkdə Alban dövrünə mənsub qəbiristanlıq ərazisində ara

 

• Abdal kəndi

Xınna dərəsinin yüksək dağ kəndlərindəndir. Buradakı dağların üstündəki sıx meşənin dərinliklərində Tovuzun ən qədim tarixi abidələrindən biri yerləşir. Abidəyə gedib çatmaq bir gün vaxt aparır. Maşınla uzun yolçuluqdan sonra piyada 3 – 4 saat yol getmək lazımdır.

 

 • Traubenfeld

Müasir yaşayış məntəqəsi kimi rayonun təməli XIX əsrin ikinci yarısında alman köçkünləri tərəfindən qoyulub. Almanların Traubenfeld adlandırdığı bu yer tarixən Şəmşədil, Touş kimi tanınıb. Orta Asiya, Mərakeş, Sibirdə və Çində eyni adlı ərazilər bu günə qədər mövcuddur. Cənubi Azərbaycanın paytaxtı Təbrizdə Tovuz məhəlləsi var.

 

• Mülkülü kəndi

Buradakı II – III əsrlərdən qalma Torpaq Qala Tovuzun ən qədim tarixi abidələrindən hesab edilir. Bundan əvvəlki sivilizasiyaya aid şəhər xarabalığının üstündə qurulduğu güman edilir. Assiriya, Alban, Oğuz tayfaları və erkən Xilafət dövrü bura köçən ərəblərin sələflərinin burada yaşadıqlarına dair qaynaqlarda qeydlər var. 645-ci ildə Qafqaza yürüyən Xilafət ordusu Tovuz ərazisində yerli əhalinin güclü müqaviməti ilə qarşılaşır. Ağır tələfat alan ərəblər geri çəkilmək məcburiyyətində qalır. Ərəblərin Xəlifə Ömər vaxtında indiki Azərbaycan ərazisinə ilk yürüşü Xunan adlı şəhərdən, Torpaq qaladan erməni və gürcü mənbələrində də bəhs edilir. Bəhs edilən qədim Xunan şəhərinin xarabalıqları indiki Mülkülü kəndi ərazisindədir.

PAY