Ev Manşet

Tovuzda təntənəli hərbi parad

PAY
Tovuzda hərbi parad

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə bağlı Tovuzda hərbi keçidə start verilib. Təxminən 400 nəfərə yaxın hərbçinin iştirak etdiyi təntənəli keçid rayonun Şəhidlər Xiyabanından hərbçilərin “Hər Şey Vətən Üçün” şüarları ilə başlayıb. Qeyd edək ki, hərbçilər Şəhidlər Xiyabanından Heydər Əliyev prospekti üzrə hərəkət edərək Tovuz qalasınadək yürüşlərini davam etdirəcəklər. Bununla yanaşı, Heydər Əliyev Mərkəzindən — “Turan” Şadlıq sarayına, eyni zamanda Rayon Polis şöbəsinin qarşısından Tovuz qalasına qədər olan ərazindən hərbçilərin keçəcəyi gözlənilir. Qeyd edək ki,  Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı və TTV-nin informasiya dəstəyi ilə təşkil edilən tədbirə Qovlar şəhərində konsert proqramı ilə yekun vurulacaq. Əziz tovuzlular və şəhərimizin qonaqları, hər biriniz bu möhtəşəm tədbiri izləməyə dəvətlisiniz.

PAY