Ev Cəmiyyət

Tovuzda cins inəklər mühitə çətin uyğunlaşdırılır

PAY
Tovuz Maldarlıq

Artıq bir neçə ildir ki, Almaniya, Ukrayna və Avstraliyadan ölkəmizə cins inəklər gətirilir. Tovuzlu fermerlər də bu mal-qaraya  maraq göstərərək onları yerli şəraitə uyğunlaşdıraraq artırmağa çalışırlar. Amma bu fermerlər üçün heç də asan başa gəlmir. Belə ki, yerli inəklərdən fərqli olaraq, bu heyvanlar xüsusi qulluq tələb edir. Fermer, Etibar Xəlilov da öz təssarüfatında saxladığı 86 baş iri buynuzlu mal-qaranın çətinliklə mühitə uyğunlaşdığını deyir. Yerli mal-qaradan məhsuldarlığına görə seçilən cins inəkləri kaprizləri olmasına baxmayarq fermerlər artırmağın tərəfdarıdılar. Amma onların həddindən artıq həssas olması bəzən ciddi problemlər də yaradır. Bunun üçün, iribuynuzlu heyvanlar baytar həkimlər  tərəfindən hər zaman nəzarətdə saxlanılmalı, vaxtlı-vaxtında peyvənd olmalıdır. 2009-cu ildən bu günə qədər Tovuz rayonuna aqro lizinq xətti  ilə 250-dən artiq cins mal-qara gətirilib. Bunların əksəriyyəti isə südlük istiqamətli heyvanlardır. Onu da qeyd edək ki, heyvanların ölkəyə gətirilməsi Aqro lizinq səhmdar cəmiyyəti vasitəsi ilə aparılır. Lazım olan məbləğin 50 % dövlət hesabından, qalan məbləğ isə sahibkar tərəfindən Aqro lizinq xətti ilə hissələrə bölünərək ödənilir.

 

 

 

 

ORUC MANSIROV (türkel tv.az)

PAY