Ev Manşet

Sabah hava yağmursuz olacaq

PAY

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verib.
Məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcəyədək isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85%, gündüz 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

PAY