Ev Cəmiyyət

Tovuz rayonundan dörd məzun qızıl medal qazandı

PAY
Tovuz Qızıl medal

Bu il qızıl və gümüş medal alan tovuzlu  məzunların adları  bəlli olub

Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, aşağıda adları qeyd edilən XI sinif məzunları qızıl medalla təltif olunublar.  Qızıl medala layiq görülmüş 238 məzunun adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

1. Bayramova Lətifə Zöhrab qızı     Tovuz şəhəri N.Tusi adına tam orta məktəb
 2. Axundova Klara Tabir qızı           Tovuz rayonu Yuxarı Öysüzlü kənd tam orta məktəbi
 3. HüseynzadəƏfsanə Adil qızı        Tovuz rayonu Azaflı kənd tam orta məktəbi
 4. Zeynalova Nərgiz Qurban qızı    Tovuz rayonu Bayramlı kənd tam orta məktəbi

Təhsil naziri Mikayıl Cabbarovun digər əmri ilə ümumtəhsil məktəblərinin məzunları gümüş medalla da təltif olunublar. Bu zaman Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrəyekun attestasiyanın nəticələri, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik «4» qiymət aldıqları əsas tutulub.
Aşağıda adları qeyd edilən XI sinif məzunları gümüş medalla təltif olunublar və onların adları oxuduqları məktəbin «Şərəf kitabı»na yazılacaq.

1. Həsənli Ömər Bəşir oğlu — Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəb
 2. Sadıqlı Polad Azər oğlu —  Tovuz rayonu Əyyublu kənd tam orta məktəbi

Yüksək nailəyyətlərə görə təltif edilən bütün məzunları təbrik edir, onlara yeni uğurlar diləyirik.

 

PAY