Ev Cəmiyyət

Tovuzumuza hörmət qoyaq…

PAY
Tovuz Təmizlik

Adətən görmüşük şəhərə  zövq  oxşayan görünüş  verən al-əlvan işıqlar və təmizlik olur. Tovuz rayon Həzi Aslanov prospektində isə bu mənzərəni məişət tullantıları tamamlayır. Maraqlı faktdır ki, gündüz vaxtları bu ərazidə heç bir zibil tullantısı olmur. Bəlkə də siz də düşündünüz ki, bura zibil yəqin gecə vaxtı atılır. Elə bu müəmmalı məsələni araşdırmaq üçün gecə saatlarında adıçəkilən ərazidə olduq. Beləliklə bir neçə saat burada növbə çəkdik. Saat 00-00-dən başlayaraq prospektin təmizliyinə birazda özdırnaqarası qəhrəmanlıqları ilə rəng qatan sakinlər üzə çıxmağa başladı. Araşdırmamızı davam etdirmək üçün sübh tezdən həmin əraziyə qayıtdıq.  Bu dəfə  heç  o ərazidə yaşamayan vətəndaş abidəyə yan aldı. Bütün bu özbaşınalıqlara aydınlıq gətirmək üçün Tovuz rayon Mənzil Kommunal İstismar İdarəsinə müraciət etdik. Məsələ ilə bağlı suallarımızı əraziyə gələn sahə rəisinə ünvanladıq. Həzi Aslanov prospekti sakinlərinin dırnaqarası qəhrəmanlığının bu günkü nəticələri Mənzil Kommunal İstismar İdarəsinin əməkdaşları tərəfindən aradan qaldırıldı. Amma bu cür halların növbəti gecələrdə də təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.

Cümşüd Məmmədov(turkeltv.az)

PAY