Ev Cəmiyyət

Tovuzun gecə avtoşları qəza törətdi…

PAY
Tovuz Hadisə

Yüksək sürət növbəti dəfə qəzaya səbəb olub. Gecə saatlarında Tovuz rayon Mərkəzi bazarının yaxınlığında 3 avtomobil toqquşub. İdarə etdiyi “Mersedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan Tovuz rayon Qədirli kənd sakini Anar Abdullayev əvvəlcə Orxan Əhmədovun idarə etdiyi “Vaz 21-07”-ni vurub. Nəticədə, “VAZ 21-07”-i telefon xətti dirəyini sındıraraq hərəkətsiz dayanmış “Kamaz”-a çırpılıb. Avtomobillərin yararsız hala düşdüyü qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

RAHİM İBRAHİMOĞLU

PAY