Ev Cəmiyyət

Region gənclərinin “İntellektual Zəkası”

PAY
Tovuz Vüsal Tağıyev

Gənclərin elmə marağını artırmaq üçün paralel və məqsədyönlü iş aparılmalıdır. Bunun üçün ilkin olaraq, elmin cəmiyyətdə imici yüksəldilməlidir. Azərbaycanda 2 milyondan çox gənc var. Onu da deyim ki, gənc olmaq, əbədi gənc qalmaq deyil. Ona görə də görüləsi işlər çox, vaxt isə azdır. Bəs gəlin görək bu vaxt azlığında region gənclərinə necə yardım edə bilərik? Sualı «ZƏKA» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi olaraq çalışan Surxay Paşayev cavablandırıb. Sualın cavabına keçməzdən əvvəl müsahibimi sizinlə tanış edim.

Tovuz Elm

O, Gənclər Arasında Mübadilə İctimai Birliyində kurs keçərək təlimçi statusuna yiyələnib. 2 ildir ki, bu sahədə fəaliyyətini davam etdirir. İndi isə keçid alaq www.tovuzlular.com saytının əməkdaşını maraqlandıran sualların cavabına. Müsahibim region gənclərinə necə yardım etməli? sualına bu cür cavab verir.
“Mərkəzdə mütamadi olaraq gənclərin iştirakı ilə təlimlər keçirilir. Məqsədimiz isə region gənclərində intellektual inkişafa nail olmaqdır. Bunun üçün də online təlimlər, kitablar və lazım olan bütün məlumatları  gənclərə təqdim etməyə hazırıq. Yetər ki, müraciət və istək olsun. Onu da deyə bilərəm ki, tək gəncləri deyil məktəbliləri də bu sahədə təlimatlandırmaq iqtidarındayıq. Məktəblilər üçün təlimlərin keçirildiyi zaman proqramlar saatlarla bölünür ki,  dərs vaxtı ilə üst – üstə düşməsin”.
Müasir dövrdə gənclərin intellektual baxımdan bilik səviyyəsi sizi qane edirmi? Etmirsə bu sahədə nə etməli ?

“Artıq 5 ildir ki, gənclər sahəsində çalışıram. Və bu beş ildə həm inkişaf həm də geriləmə görmüşəm. Amma indiki vəziyyət  5 il bundan əvvəlkindən tamam fərqlidir. Təbii ki, inkişaf baxımından”.
Sizcə «ZƏKA» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi geriləməni hansı lahiyələr çərcivəsində aradan qaldırmağa çalışır?

“Nəzərə alsaq ki,  yeni fəaliyətə başlamışıq. Ancaq bir çox pilot və ictimai layihələr artıq reallaşıb.  Region gənclərinin könüllü iştirak etdiyi bir çox təlimlər var. Elə  təlim var ki, iki həftə ərzində 40 məktəbli qatılıb ki, bu da pis nəticə deyil”.
Özünüz də gəncsiz. Gənc olaraq layihə və proqramlar sizə və yaxud biz gənclərə nə verə bilər ?

“Layihələr və proqramlar ictimai, siyasi, təhsil, idman və digər sahələri daha yaxından izləməyə imkan yaradır. Ən əsas da ixtisaslaşmış kadrlar tərəfindən mənimsədilir. Layihələrə cəlb olunan təlimçilər ən azı 4 il təcrübəyə malik olan gənclərdir”.
Sonda onu qeyd edək ki, «ZƏKA» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Şəmkir şəhərinin məktəbliləri üçün indiyə qədər 4 təlim keçirilib. Təlimə isə ümumi olaraq 60 məktəbli qatılıb. Düzdür 60 rəqəmi heç də bir təlim üçün yüksək göstərici deyil. Amma hər halda nəticəni dəyişib daha çox kütlənin cəlb olunması mərkəzdə çalışan ixtisaslı kadrlardan asılıdır. İnanırıq ki, region gənclərinin intellektual inkişafı üçün işlər bundan sonra da davam etdiriləcək. Nəticə isə azlığa deyil, artıma hesablanacaq.
VÜSAL NAZİM

PAY