Ev Cəmiyyət

Mübahisəli ərazi kəndliləri düşmən etdi (video)…

PAY

Biri özünə biznes  qurur, digərləri isə bunu qeyri-qanuni sayaraq ona mane olmağa çalışır. Tovuz rayon Qaziqulu kəndinin bir qrup sakini həmkəndiləri Təvəkkül Bağırovu kəndin gənclər üçün yaradılmış futbol meydançasının ərazisini  qanunsuz olaraq zəbt etməsində günahlandırırlar. Onların sözlərinə görə, Təvəkkül Bağırov meydançanın hər iki tərəfindən 4 metr ərazini mənimsəyərək qanunsuz olaraq restoranın həyətyanı sahəsində istirahət üçün xüsusi yerlər tikdirib.  Kənd sakini Namiq Məmmədov da meydançanın ətraf ərazilərinin Təvəkkül Bağırov tərəfindən mənimsənildiyini, həmçinin bura gələn müştərilər tərəfindən təzyiqələrə məruz qaldıqlarını bildirib. Müsahibim onu da qeyd etdi ki, restoran gecələr qumarxana kimi də fəaliyyət göstərir.

KƏND SAKİNİ NAMİQ MƏMMƏDOV:     “Bizim bura topumuz düşür, gəlir ağzına gələni deyir. Gah da klient araq putulkası atır stadiona, bir də görürsən deyir ki, oynama. Hər gecə qumar oynanılır, kəndin cavanları idman əvəzinə qumara alışır. Qumarı öyrənirlər”.

Problemin qarşı tərəfində duran Təvəkkül Bağırov isə kənd sakinlərinin şikayət və etirazlarını əsassız hesab edir. Tikinti gedən ərazinin isə futbol meydançasına heç bir aidiyyatı olmadığını bildirir.

KƏND SAKİNİ TƏVƏKKÜL BAĞIROV:    “Mən oranı qanunla almışam. Hər birinin sənədləri var. Yalan məlumatlardır. Kənd camaatından bir neçə nəfər var hansı ki, dalaşmışıq. Ona görə onlar verirlər bu yalan infomasiyaları. Neçə dəfə idman kompleksinə, icra hakimiyyətinə yazmışdılar hamısı gəldi baxdı gördülər ki, qanunidir”.
Məsələyə cavabdeh olan Aşağı Öysüzlü bələdiyyəsindən isə Təvəkkül Bağırova sözügedən torpağın 2009-cu ildə müsabiqə yolu ilə rəsmi sənədləşmə əsasında satıldığını bildirdilər.
AŞAĞI ÖYSÜZLÜ BƏLƏDİYYƏSİNİN SƏDR MÜAVİNİ NİZAMİ QƏDİMOV: “8 sot həcmində 40-ın 20-yə torpaqlar satılıbdır. Qanuni şəkildə və həmin sənədlərin də bir nüsxəsi Qaziqulu bələdiyyəsi ləğv olunanda Aşağı Öysüzlü bələdiyyəsinə təhvil verilib. Heç bir torpaq sahəsi zəbt olunmayıb. Gedib ölçmüşük, ona verilmiş sənədlər əsasında həmin ölçüdə torpaq yerindədir”.
Qeyd edək ki, hazırda Təvəkkül Bağırov satın aldığı ərazidə tikinti işlərini davam etdirir.

Videonu buradan izləyin — http://youtu.be/FLWuan43-Tw

CÜMŞÜD MƏMMƏDOV (turkeltv.az)

PAY