Ev Cəmiyyət

Cəlaləddin Qasımovun «27 ildən sonra» kitabının təqdimatı…

PAY
Tovuz Cəlaləddin Qasımov

Tovuz Cəlaləddin Qasımov

«27 ildən sonra» — bu bir tarixdir.
Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” uluslararası kompaniyasına ithaf olunur.
XX yüzilin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsi ilə bağlı son illər aparılan məqsədyönlü və geniş çalışmalar sonucunda bütün dünyada bu soyqırımı barədə obyektiv fikir, dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe isə Azərbaycan dövlətinin, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin titanik  fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü böyük işlər isə ildən-ilə genişlənməkdədir.
Soyqırımı ilə bağlı son illər bir neçə maraqlı bədii əsərlər yazılıb, kitablar nəşr olunub. Bu kitablardan biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polis mayoru CƏLALƏDDİNin “27 ildən sonra” kitabıdır.
Yazıçının bildirdiyinə görə bu kitabı yazmaqda məqsədi havadarlarının köməyi ilə  zaman-zaman xalqımıza qarşı soyqırımılar, deportasiyalar həyata keçirmiş mənfur qonşularımız olan hayların, (erməni millətçilərinin) təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə yönəlik əməllərini bütün dünyaya bəyan etmək, baş vermiş faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırmaqdır.
“27 ildən sonra” kitabında müəllifin iki əsəri “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanları yer alıb. Hər iki əsərdə məmləkətimizin başına açılan dəhşətli hadisələrdən bəhs olunur.
Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti  real həyat həqiqətləri ilə qələmə alınıb. Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif  öz iş təcrübəsi ərzində , o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi məlumatlardan da ustalıqla istifadə edib. Maraqlı ədəbi təhkiyyəsi ilə yazıçı CƏLALƏDDİN hər iki romanda dolğun obrazlar yaratmaqla bərabər, həm də oxucunu arxası ilə apararaq az qala hadisələrin canlı şahidinə çevirməyi bacarıb.
1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, mili ordunun olmaması, könüllü özünü müdafiə dəstələrinin bir bir-biriylə konfliktdə olması da göstərilib. Bu konfliktdən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması hərtərəfli surətdə əsərdə əks olunub.
Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordu quruculuğu, Azərbaycanı parçalamaq istəyən qüvvələrin darmadağın edilməsi də əsərdə dolğun həyat həqiqətləri və real mənzərələrlə ifadəsini tapıb. Əsərdə eyni zamanda ermənilərin təxribatı nəticəsində 1992-ci ildə “Talış-Muğan respublikası ” yaradılması təhlükəsi, “sadvalçı” ların çevriliş etmək cəhdi və bütün bunların erməni lobbisi tərəfindən maliyyələşdirildiyi aşkara çıxarılıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti aydın dillə qələmə alınıb. Əsərdə o da göstərilir ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən düzgün, layiqli mövqedən tanınır və söz sahibidir.
“27 ildən sonra” kitabı 05.11.2013-cü il tarixdə (saat 15.00)-də Excelsior Otel-in AFURCA zalında (Bakı, Heydər Əliyev prospekti-4. AZ1154) ictimaiyyətə təqdim olunacaq.
Dəvətlisiniz…

PAY