Ev Cəmiyyət

Qatarların sürəti saatda 120-140-a çatdırılacaq…

PAY
Tovuz Dəmiryolu

Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdı. Təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrindən start verilib. İlk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü kilometrin əsaslı təmiri 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü ərazisində həyata keçirilib. Eyni zamanda bu günə kimi əsaslı təmir olunmuş 317 kilometrin 240 kilometri 800 metrlik uzun ölçülü relslərlə əvəzlənib.  Ağstafa-Poylu mənzilinin 317-ci kilometrində həyata keçirilən təmir prosesini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis» MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri izləyib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edib. Bundan əlavə elektrik təhcizatında sabiq cərəyandan dəyişən cərəyana keçməklə bir sıra yeniliklər tətbiq ediləcək. Eyni zamanda yeni lokomativ alınacaq. Rabitə siqnalizasiya sistemi isə  müasir standartların tələblərinə cavab versin deyə tamamilə dəyişdiriləcək. Bütün bu işlər həyata keçirildikdən sonra isə qatarların sürəti saatda 120-140-a qaldırılacaq. Nadir Əzməmmədovun bildirdiyinə görə yaxın zamanda avropa standartlarına cavab verən 30 yeni vaqon alınacaq. Bakı-Tiflis-Qars dəmir yolu işə düşən kimi bu vaqonlar Avropaya da hərəkət edəcək. O, ki qaldı bizim vaqonlarla alınma vaqonlar arasında fərqə ..

Vüsal Nazim (turkeltv.az)

PAY