Ev Cəmiyyət

Məktəbdə ikinci bıçaqlanma hadisəsi…

PAY
Tovuz Hadisə

Tovuz rayon Alakol kəndinin Nürəddin Sadıqov adına kənd orta məktəbində xoşagəlməz hadisə baş verib. Məktəbin 11-ci sinif şagirdi 18 yaşlı Teyyub İskəndərzadə həmin kəndin sakini, məktəbi ötən il bitirmiş Ramiz Yaqublu adlı şəxs tərəfindən döyülüb. Zərərçəkmişin anası Lətafət Məmmədovanın dediyinə görə həmin şəxs dərs saatlarında içəri daxil olaraq zərərçəkmişə heç nə demədən onu döyərək xəsarət yetirib. Hadisədən xəbər tutan valideynlər dərhal Teyyubu Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirib. Lətafət Məmmədova bu hadisədən sonra artıq övladının təhsil aldığı məktəbə etibarını itirdiyini də söylədi. Hadisənin hansı zəmində baş verdiyini və qaranlıq qalan tərəflərini araşdırmaq üçün vaxt  itirmədən Teyyub İskəndərovun  təhsil aldığı məktəbə yollandıq. Məktəb direktoru  Əli Qasımov hadisədə zərərçəkmiş şagirdin olduqca sakit, dərsə davamlı olduğunu açıqladı. Məktəb rəhbərliyi ilə birgə Teyyubun oxuduğu sinif otağına da getdik. Otaqdakı vəziyyət burada hansısa hadisənin baş verməsini əks etdirmirdi. Əli Qasımov hadisəni törədən şəxsin məktəbdə dərs deyən müəllimlərdən birinin oğlu olduğunu bildirdi. Onun məktəbə necə və hansı məqsədə  daxil olmasını isə müəyyən səbəblərlə izah etdi. Baş vermiş hadisəylə bağlı Tovuz  rayon Polis şöbəsinin Qovlar Şəhər bölməsi ilə əlaqə saxladıq. Məlum oldu ki, zərərçəkmişin yaxınları ərizə ilə şöbəyə müraciət ediblər. Bölmə rəisi Alim Əmirovun bizə veridyi məlumata görə artıq istintaq tədbirlərinə başlanılıb. Hadisə yerindən götürülmüş dəlillər ekspertizaya təqdim olunub. İstintaq başa çatdıqdan sonra hadisənin baş vermə səbəbləri dəqiq məlum olacaq. Xatırladaq ki, sözü gedən məktəbdə bir neçə ay bundan əvvəl də şagirdlər arasında bıçaqlanma hadisəsi baş vermişdi.

Cümşüd  Məmmədov(turkeltv.az)

PAY